Alman nazir: Acı həqiqət budur ki, Putin Rusiyası...

İndiki rəhbərlik dövründə Rusiya Avropanın təhlükəsizliyinə əsas təhdid yaradır.

Axar.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok X səhifəsində yazıb.

"Biz Rusiya ilə fərqli münasibət istəyirik, amma acı həqiqət budur: Putinin Rusiyası hazırda Avropada bizim və dünyamız üçün təhlükəsizliyə ən böyük təhdididir", - deyə nazir bildirib.