Ağ Evdən Baydenin "ölümü" ilə bağlı açıqlama...

ABŞ Prezidenti Co Bayden bazar ertəsi ölkənin təhlükəsizlik üzrə nümayəndələri ilə virtual olaraq görüş keçirib.

Axar.az xəbər verir ki, bu barədə Ağ Ev Co Baydenin guya ölməsi ilə bağlı yayılan söz-söhbətləri şərh edərkən açıqlayıb.

Bildirilib ki, Bayden köməkçisi və daxili təhlükəsizlik müşaviri Liz Şervudddan ölkədaxili vəziyyətlə bağlı məlumat alıb. Ağ Ev rəhbəri eyni zamanda Ceyk Sallivan ilə də milli təhlükəsizliklə bağlı müzakirə aparıb.

Belə ki, hər iki görüş virtual baş tutub.