555 il həbs cəzası gözləyir

İngilis müəlliməsi 37 şagirdinə təcavüz edib
ABŞ-da bir qadın müəllimin 37 şagirdinə təcavüz etdiyi üçün 555 il həbs cəzası alması gündəmdədir.
"Bild” qəzetinin xəbərində 30 yaşındakı ingilis müəlliməsi Jennifer Christine Fichterin 37 kiçik yaşdakı uşağa təcavüz günahlandırmasından, hər təcavüz üçün 15 il həbs cəzası alsa, cəmi 555 il həbsə məhkum edilə biləcəyi ehtimal edilir.
Lakelanddakı "Central Floruda Aerospace Academy”də vəzifə yerinə yetirən Fichterin bir il əvvəl ən az üç şagirdiylə cinsi əlaqəyə girdiyi üçün vəzifəsinə son verilmişdi. 17 yaşındakı bir şagird verdiyi ifadədə əlaqələrinin 2013-cü ilin noyabrında başladığını söyləyərkən " həmişə avtomobilə gedər, orada edərdik” dedi.
Şagird, ən azı 20-30 dəfə müəllimiylə birlikdə olduğunu ifadəsində söylədi. Şagirdlərindən hamilə qalan müəllimin, uşağı da aldırdığı iddianamədə yer alıb. 17 yaşlı şagirdin ailəsinin əlaqəni fərq etməsiylə ortaya çıxan təcavüz hadisəsi, digər qurbanların polisə baş vurmasıyla böyüdü. Şagirdləriylə əlaqəyə maraqlı 30 yaşındakı qadın müəllimin ömürlük həbs cəzası alması təhlükəsi olduğuna diqqəti çəkilərək, məhkəmə qərarının 2 iyulda açıqlanacağı gözlənilir.