Professor Adil Qeybulla: “Onurğa əyriliyinin əmələ gəlməsinə səbəb birinci növbədə anadangəlmə skelet anomaliyalarıdır. Valideynlər bu məsələyə diqqət etməlidirlər. Yaxşı olar ki, uşaq hər yaşda pediatr tərəfindən yoxlan
574 məktəblidə skolioz aşkarlanıb
Pediatr Həmidə Ələfsərova: “Məktəbdə ibtidai sinif müəllimləri şagirdlərin oturmağına nəzarət etməlidir. Dərs arasında şagirdlərə idman hərəkətləri etdirilməlidir”
Professor Adil Qeybulla: “Onurğa əyriliyinin əmələ gəlməsinə səbəb birinci növbədə anadangəlmə skelet anomaliyalarıdır. Valideynlər bu məsələyə diqqət etməlidirlər. Yaxşı olar ki, uşaq hər yaşda pediatr tərəfindən yoxlan
Professor Adil Qeybulla: “Onurğa əyriliyinin əmələ gəlməsinə səbəb birinci növbədə anadangəlmə skelet anomaliyalarıdır. Valideynlər bu məsələyə diqqət etməlidirlər. Yaxşı olar ki, uşaq hər yaşda pediatr tərəfindən yoxlan
Son dövrlərdə ciddi narahatlıq predmetinə çevrilən məsələlərdən biri də onurğa əyriliyindən əziyyət çəkən uşaqların sayının artmasıdır. Məhz bu problemlə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) skoliozun (onurğa əyriliyi) profilaktikasına həsr olunmuş sağlamlıq həftələri təşkil edib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatına görə, sağlamlıq həftələri oktyabrın 13-26-da Mingəçevir şəhərində və Yevlax rayonlarında keçirilib.
Məktəbyaşlı uşaqlarda bu xəstəliyə daha çox rast gəlindiyi üçün Yevlax rayonunda fəaliyyət göstərən 33 orta ümumtəhsil məktəbində 9228 şagird müayinələrə cəlb olunub: "Müayinələrin nəticəsində 574 məktəblidə skoliozun ilkin əlamətləri aşkarlanmış və onlar ətraflı müayinə üçün ailə və ixtisas həkimlərinə yönləndirilib”. Aparılan müayinələr zamanı bir sıra patalogiyalar erkən aşkarlanıb. Belə ki, müayinəyə gələnlərin 567 nəfərində skolioz, 16 nəfərində kifoz, 4 nəfərdə isə onurğa deformasiyaları aşkarlanıb. Bundan əlavə, 100 nəfərdə 1-ci dərəcəli skolioz, 79 nəfərdə isə skolioza meyillilik olduğu aşkarlanıb.
Qeyd edək ki, 5-6 yaşlarında onurğa sütununun bütün fizioloji əyrilikləri artıq əmələ gəlir və insanın qaməti formalaşmış olur. Mütəxəssislərin dediyinə görə, hazırda 50-80 faiz uşaqlarda qamətin bu və ya digər əyrilikləri müşahidə olunur. 5-9 faiz uşaqlarda isə onurğa sütununun ən ağır formalı deformasiyalarından hesab edilən və son nəticədə hətta əlilliyə də səbəb ola bilən skolioz xəstəliyi aşkar edilir.
Onurğanın ağır formalı əyrilikləri uşağı fiziki cəhətdən eybəcərləşdirir, onurğa sütununun donqarına və əlilliyə də gətirib çıxara bilir. Bundan başqa, onurğanın ağır formalı əyrilikləri bir çox orqan və sistemlərin fəaliyyətinə də mənfi təsir göstərir. Bu səbəbdən də profilaktik olaraq uşağı ildə 1 dəfə həkim-ortopedə göstərmək lazımdır.
Pediatr Həmidə Ələfsərovanın "Şərq”ə verdiyi açıqlamaya görə, onurğa sütununun əyriliyi müxtəlif səbəblər nəticəsində baş verə bilər. Başlıca səbəb isə hamiləlik zamanı ananın düzgün qidalanmaması və yeni doğulmuş körpənin 2 yaşına qədər ana südü ilə qidalanmamasıdır.
Həyatının ilk ilində uşağa masaj və idman hərəkətlərinin etdirilməsinin çox vacib olduğunu vurğulayan pediatr deyib ki, uşağa daimi olaraq pediatr tərəfindən nəzarət olunmalıdır. Qida rasionunda süd və süd məhsulları olmalıdır. Mümkünsə, üzgüçülüklə məşğul olmaq lazımdır.
Onun sözlərinə görə, məktəbyaşlı uşaqlarda düzgün oturma bacarığı olmadığından, onların onurğa sütunu bir çox hallarda deformasiyalara məruz qalır:
"Məktəbdə ibtidai sinif müəllimləri şagirdlərin oturmağına nəzarət etməlidir. Dərs arasında şagirdlərə idman hərəkətləri etdirilməlidir. Ümumiyyətlə, hər bir uşaq hər gün səhər idmanı etməlidir. Bu, bədənin müxtəlif əzələ qruplarının kifayət qədər möhkəmlənməsinə və qamətin düz olmasına kömək edir”.
Ən əsası ağır məktəbli çantalarının skoliozun əmələ gəlməsinə təkan verdiyini qeyd edən Həmidə xanım əlavə edib ki, qazlı içkilər də orqanizmdən xaric olanda onların tərkibindəki turşu bağırsaqlarda kalsiumu özünə birləşdirərək xaric edir. Beləliklə də böyüyən orqanizmə lazım olan kalsium sümüklərdən yuyularaq orqanizmi tərk edir. Bu zaman da nəinki skolioz, həm də əvvəllər 60 yaşdan yuxarı şəxslərdə müşahidə olan osteoporoz xəstəliyi müşahidə edilir.
Tibb eksperti, professor Adil Qeybulla isə hesab edir ki, onurğa əyriliyinin əmələ gəlməsinə səbəb birinci növbədə anadangəlmə skelet anomaliyalarıdır:
"Ümumiyyətlə, bətndaxili müayinələr göstərir ki, bu cür skelet anomaliyaların müxtəlif formalarda ana bətnində diaqnostikası mümkündür. Bunun kimi barmaqlarının sayının səhv olması, döş qəfəsinin deformasiyası və s. skelet anomaliyalarını görmək mümkündür. Ümumiyyətlə, skalioz adətən, anadangəlmə olur və sonradan da ortaya çıxa bilir. Əsasən, uşaqlar düzgün oturmadıqda, uzun müddət bellərini əydikdə, müxtəlif formalarda oturduqda inkişaf etməkdə olan skelet həmin bərkimiş formada skaliozların əmələ gəlməsinə səbəb olur.
Ona görə də, valideynlər bu məsələyə diqqət etməlidirlər. Yaxşı olar ki, uşaq hər yaşda pediatr tərəfindən yoxlanılsın. Bu cür patalogiyalar erkən baş verirsə, onun qarşısını almaq, sümüyün inkişafının bərpa eləmək mümkündür ki, bu da daha ağır fəsadların qarşısını alır. Hesab edirəm ki, hər uşaq bu məsələ ilə bağlı xüsusi müayinədən keçirilməlidir. İstər bətn daxilində olarkən, uşaq dünyaya gəlməmişdən əvvəl, istərsə də sonra bu müayinələrin aparılması vacibdir”.
Şəymən