Putin hücuma hazırlaşır

Rusiya prezidenti bu dəfə şərqdəki hərbçilərin döyüş hazırlıqlarını yoxlayır




Rusiya prezidenti Vladimir Putin ölkənin şərq vilayətlərindəki hərbi hissələrdə döyüş hazırlıqlarını qəfil yoxlamağa qərar verib.
ANS PRESS-in məlumatına görə, bu xəbər bir çox qərb siyasi şərhçiləri üçün gözlənilməz olmayıb. Görünür Rusiyanın növbəti hücuma hazırlaşdığı ilə bağlı xəbərlər əsassız deyil.
Qeyd edək ki, bu gün "The New York Tımes" qəzetində Putinin Cənubi Qafqaz istiqamətində üstünlüyünü bərpa edəcəyi ilə bağlı məqalə getmişdi. Məqalədə Barak Obama regionu əldə saxlamaq üçün Qarabağ münaqişəsini həll etmək yönündə konkret addımlar atmağa çağırılırdı.

Ekspertlər Rusiyanın Şərqi Ukraynanın çöküşünün sona çatdırıldığını hesab edərək Rusiyanın növbəti hücuma hazırlaşdığını deyirlər.