Kompüter oyunu oynayarkən həyatını itirdi





Konyada 14 yaşındakı uşaq, otağında kompüter oyunu oynadığı zaman ailəsi tərəfindən ölü tapıldı.
Hadisə, saat 23.30 radələrində mərkəz karatay mahalı Sarıyakup Məhəlləsi Burhandede Prospektində baş verib. İddiaya görə, 14 yaşlı liseyin 1-çi sinif şagirdi Mustafa Küçükköy axşam məktəbdən gələrək anasına başının ağrıdığını söylədi.
Anasının verdiyi ağrı kəsicini içən Mustafa daha sonra kompüterdə avtomobil yarışı oyunu oynamaq üçün otağına getdi. Ailəsiylə axşam yeməyini yedikdən sonra təkrar kompüterindəki oyununa dönən Mustafadan səs çıxmayınca bir müddət sonra bacısı Məliyə K. qardaşının yanına getdi. Qardaşı Mustafanın hərəkət etmədiyini və bədəninin göyərdiyini görən bacı, vəziyyəti anasına və atasına xəbər verdi. Hadisə yerinə Təcili Yardım vəzifəliləri çağırıldı. Uşağın həyatını itirdiyi təyin olundu. Mustafanın cansız bədəni yarılmaq uçün xüsusi bir xəstəxananın meyitxanasına aparıldı.
Araşdırmalardan sonraMustafa Küçükköyün ürək çatışmamazlığından öldüyü təyin olundu. Ailəsi, Küçükköyün  əvvəllər ürək narahatlığı keçirmədiyini ifadə etdi. İstintaq davam edir.