Yeni evli cütlüklər əl-ələ ölümə getdi









Yeni evli olan  ingilis cütlük Ceyms (28) və Alexandra Gaskell (24) Taj Mahal yaxınlığındakı bir oteldə intihar etdi. Yeni evli cütlüyün ölü bədənlərini otel əməkdaşları yatağın üzərində tapdı. Yüksək dozada ağrı kəsici həb istifadəsi nəticəsində akut tənəffüs çatışmazlığı səbəbiylə həyatını itirən cütlüyün bir  ay sonra evliliklərinin il dönümünü qeyd edəcəkləri öyrənildi. İstintaqı icra edən səlahiyyətlilər, yatağın ətrafındakı xüsusi əşyalarının görüntüsündən və bədənlərinin duruşuna görə ölümlərinin şübhəli olmadığını bildirdi.
"The Times of India" yer alan xəbərə görə cütlüyün əl- ələ həyatına son verdiyi məlum olub. 2012-ci ildə Ceyms Mançester Metropolu Universitetindən birinciliklə məzun olmuşdu. Həyat yoldaşı Alexandra isə universitetdən iyul ayında məzun olmuşdu və müəllimlik edirdi. Polis, ingilis cütlüyün Kanzasdan Hindistana etdikləri səyahətdə bu qərarı əvvəldən düşündükləri və planlı olaraq həyatlarına son vermiş ola biləcəyi ehtimalının üzərində dayanır.