Nazir erməni jurnalistin sualını kəsdi

İsveç hökumətinin gündəmində belə bir məsələ yoxdur



İsveç xarici işlər naziri Soyqırım qərarı mövzusunun hökumətin bu andakı gündəmində olmadığını, Dağlıq Qarabağ probleminin da sülh yolu ilə həll edilməsini istədiklərini söyləyib.

İsveç xarici işlər naziri Margot Wallström dünən xarici mətbuat nümayəndələri üçün keçirdiyi mətbuat konfransında İsveçin gündəmindəki ən əhəmiyyətli hadisələrin Yaxın Şərq, Ayn əl Ərəb (Kobani), İsrail - Fələstin münaqişəsi, Rusiya-Ukrayna müharibəsi və İsveç sularındakı xarici kəşfiyyat gəmilərinin görünməsi, o cümlədən də Ebola epidemiyası olduğunu açıqladı. Walström, Ayn Əl Ərəb (Kobani) mövzusuna insan haqları nöqteyi-nəzərindən və daha həssas yaxınlaşdıqlarını, bir tərəfdən bölgədə daha çox insan haqlarının təhlükədə olduğunu nəzərə almaqla, bu məsələyə daha ciddi yanaşıldığını və digər tərəfdən, problemin siyasi həlli üçün daha çox AB tərkibində çalışdıqlarını vurğuladı. Nazir, İsveçin AB tərkibində olan ölkələr içində Orta Şərqdən qəbul etdiyi 55.000 qaçqın ilə ilk sırada olduğunu dilə gətirdi.

Daha sonra bu məsələdə Türkiyənin rolunun böyük olduğunu vurğuladı. Onun fikrincə, Türkiyə Suriya və İraqdan qəbul etdiyi yüz minlərlə qaçqına öz torpaqlarında sığınacaq verməklə yanaşı, həm də öz sərhədlərinı açmaqla məsələnin daha tez həll olunmasına və daha az insan itkisinin qarşısının alınmasına xidmət edərdi. Bir israilli jurnalist isə deyib ki, İsveçin yeni hökumətinin Fələstini dövlət kimi tanıması İsrail ilə əlaqələrin perspektivliyinə xələl gətirməyəcəkmi? Nazir Wallström İsveç dövlətinin bu məsələnin həllində maraqlı olmasını və hər iki dövlətin - İsrail və Fələstinin sülh prosesinə daha çox enerji sərf etmələrinin vacib olduğunu dilə gətirib.

Sosial-demokrat xarici işlər naziri Margot Wallström, çətin günlərdə hakimiyyətə gəldiklərini ifadə edərək, Rusiyanın təcavüzkar siyasətinə də toxunub. Belə ki, onun fikrincə, son bir ayda Rusiyanın kəşfiyyat xarakterli sualtı gəmisinin İsveç sularında görünməsi və qırıcı təyyarəsinin hava sərhədlərini pozması çox böyük təhlükədən xəbər verir. Daha bir jurnalistin "belə olan surətdə niyə İsveç NATO-ya üzv olmaq istiqamətində çalışmır” sualına nazirin cavabı belə oldu: "NATO və ona üzv olan ölkələrlə yaxşı əlaqələr və əməkdaşlıqlar var, lakin üzvlük haqqında fikirləşmək tez olardı”. (Müsavat.com)

PKK və erməni yanlısı olan bir jurnalist belə bir sual verdi ki, sözdə "erməni soyqırımı”nın yüzüncü ildönümündə İsveç parlamentin dörd il əvvəl qəbul etmiş olduğu tanıma qərarına yeni hökumətin münasibəti necə olacaq? Margot Wallström hökumətin indiki dövrdə gündəmində belə bir məsələnin olmadığını tam və qəti surətdə açıqladı. Provokator jurnalist yenidən sual vermək istədikdə nazirin sözçüsü onun sualını kəsdi. Nazir, Ermənistanın Azərbaycan torpaqlarının beşdə birini işğal etmiş olması və burada etnik təmizlik aparması sualımıza isə ümumi cavab verdi. O, problemin sülh yolu ilə həll edilməsini istədiklərini, hadisəyə insan hüquqları nöqteyi-nəzərindən baxdıqlarını, Dağlıq Qarabağ probleminin ATƏT-in Minsk Qrupu çərçivəsində həll edilməsinin tərəfdarı olduqlarını dilə gətirdi.