Sülhlə bağlı cavab təklifləri hazırlayırıq - Badalyan

Ermənistan Xarici İşlər Nazirliyi sülh müqaviləsi üçün cavab təkliflərinin hazırlandığını açıqlayıb.
Axar.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Ani Badalyan qeyd edib.

Onun sözlərinə görə, ölkə artıq elan edilmiş və təqdim edilmiş fundamental müddəalara uyğun olaraq, sazişi mümkün qədər tez imzalamağa hazırdır:

“Ermənistanın sülh müqaviləsi ilə bağlı cavab təklifləri hazırlıq mərhələsindədir, Ermənistan artıq səsləndirdiyi və təqdim etdiyi əsas müddəalara uyğun olaraq sazişi mümkün qədər tez imzalamağa hazırdır”