Lukaşenko və Putin bu adada görüşdülər

Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə Kareliyanın Valaam adasında görüşüblər.
Axar.az xəbər verir ki, bu barədə “BELTA” məlumat yayıb.

Lukeşonkonun Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində iki ölkə liderləri Belarus-Rusiya münasibətlərinin inkişafı, ittifaq layihələrinin təşviqi, regional təhlükəsizlik məsələləri və beynəlxalq gündəliyin aktual məsələlərini müzakirə etməyi planlaşdırırlar.

Qeyd edək ki, liderlər sonuncu dəfə sözügedən adaya ötən ilin iyulunda, ondan əvvəl isə 2019-cu ilin iyulunda birgə səfər ediblər.