Türkiyədə Milli Təhlükəsizlik Şurasının iclası keçirildi

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası başa çatıb.

Oxu.Az TRT-yə istinadən xəbər verir ki, iki saat 45 dəqiqə davam edən iclasdan sonra yazılı açıqlama yayılıb.

Açıqlamada Türkiyənin terrora qarşı mübarizəsinə xüsusi diqqət yetirilib.

Sənəddə həmçinin Suriya və İraqdakı vəziyyət, Kipr məsələsi, Ukrayna münaqişəsi kimi mövzulara yer verilib.