Türkiyə terrorla mübarizəyə qarşı region ölkələrinə çağırış edib

Türkiyənin Milli Təhlükəsizlik Şurası ölkənin terrorla mübarizədə qətiyyətini və bu məsələdə region ölkələri ilə əməkdaşlığın vacibliyini təsdiqləyib.
“Report” xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Şurasının məlumatda deyilir.
Qeyd olunub ki, qurum terror təşkilatlarına, xüsusən də PKK, FETÖ-yə, eləcə də İŞİD-ə qarşı mübarizədə qətiyyətini təsdiqləyib.
Bildirilib ki, terrorizmlə mübarizədə artan səylər region ölkələrinin səmimi əməkdaşlığı ilə ümumi təhlükəsizlik məsələlərinin həlli üçün möhkəm zəmin yaradacaq, İraq və Suriyanın ərazi bütövlüyü, suverenliyi və firavanlığına daimi töhfə verəcək.