Bakıda gənc ürəyindən bıçaqlandı

Bakının Xəzər rayonunda dava zamanı 29 yaşlı kişi ürəyindən bıçaqlanıb.

APA xəbər verir ki, hadisə Şüvəlan qəsəbəsində qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Fərrux Ayaz oğlu Babayev tanımadığı şəxslə dava zamanı ürəyindən bıçaqlanıb. Yaralı təcili 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına çatdırılıb.

Onun vəziyyəti ağır olduğu üçün F.Babayev Sabunçu Tibb Mərkəzinə göndərilib. Tibb Mərkəzinin həkimləri onu təxminən iki saat müddətində cərrahiyə əməliyyat ediblər.

Bundan sonra F.Babayev reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törədən 1987-ci il təvəllüdlü Ehtiram Cavadov saxlanılaraq istintaqa təqdim edilib.

Faktla bağlı araşdırma aparılır.