Bakıda ata və onun azyaşlı oğlunu avtomobil vurub

Bakının Xətai rayonunda yol qəzası zamanı iki nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, yol nəqliyyatı hadisəsi Gəncə prospektində baş verib. Belə ki, 1992-ci il təvəllüdlü Hacızadə Ruslan Maarif oğlu iki yaşlı övladı Həsrət Hacızadə ilə birgə yolun əks tərəfinə keçərkən onları minik avtomobili vurub.

Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyi nəticəsində yaralıların həyatını xilas etmək mümkün olub.

Fakt üzrə Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.