Yunanıstan 20 ədəd F-35 qırıcısı aldı

Yunanıstan rəsmi olaraq 20 ədəd F-35A qırıcısının alınmasına dair müqavilə imzalayıb. Beləliklə, Yunanıstan “Lockheed Martin” şirkətinin istehsalı olan beşinci nəsil qırıcılardan istifadə edəcək 19-cu ölkə olub.

Axar.az xəbər verir ki, bu barədə Yunanıstan müdafiə naziri Nikos Dendias deyib.

“Yunanıstan dünyanın ən müasir döyüş təyyarələrini almaqla güclü silahlı qüvvə qurur”, - o vurğulayıb.