Verdiyi konsertinə halalıq istəməsindən sonra ürəyindən əməliyyat olunan İbrahim Tatlısəsin səhhəti bərpa olunub.
Sherg.az xəbər verir ki, usta sənətçinin əməliyyatını reallaşdıran kardiologiya mütəxəssisi Prof. Dr. Mehmet Vefik Yazıcıoğlu əməliyyat günü baş verənlərdən danışıb. Əməliyyatın çətinliyinə diqqət çəkən Yazıcıoğlu, “Hər iki damarı tıxanmışdı. Sanki qarşımızda iki Əzrayıl var idi" -deyə bildirib.
Yazıcıoğlu bu ağır əməliyyatdan 4 saat sonra otağına gedən Tatlısəsin lahmacun yediyini bildirib.