Tramp qulağı güllədən yaralanmayıb? - FTB

Donald Trampın Pensilvaniya ştatında keçirilən seçki kampaniyası zamanı güllə və ya qəlpə ilə yaralanıb-yaralanmaması hələ aydın deyil.

Axar.az xəbər verir ki, bunu FTB direktoru Kristofer Rey Nümayəndələr Palatasının Ədliyyə Komitəsində keçirilən dinləmələrdə deyib.

Onun sözlərinə görə, güllənin və ya qəlpələrin onun qulağına dəydiyinə dair bəzi şübhələr var:

“Bu güllənin qulaqdan əlavə, başqa nahiyyəyə dəyə biləcəyini bilmirəm. Amma hesab edirəm ki, atılan bütün güllələri hesaba almışıq”.

Bundan əvvəl “Nyusmaks”ın jurnalistlərindən biri Pensilvaniya polisindəki mənbəyə istinadən bildirib ki, Trampın qulağı güllənin zərbəsi ilə qırılan telesuflyorun qırıqlarının ətrafa yayılması nəticəsində yaralanıb.