Fazil Mustafa vitse-spiker olacaq?

Seçkiqabağı belə proqnozlar tez-tez qarşımıza çıxır. Amma biz bu məsələlərlə məşğul deyilik. Namizədliyim irəli sürülüb və qaydalara uyğun şəkildə proseslə məşğuluq. Əsas birinci hədəf seçkilərdə qalib gəlməkdir. Mən deputat seçilsəm də, Milli Məclisdə BQP-nin çoxluğu olmayacaq. Ona görə də sonrakı məsələlər hakim partiyanın baxışından asılı olacaq. İndidən bunu hansısa formada söyləmək doğru deyil.
Sherg.az xəbər verir ki, bu sözləri BQP sədri Fazil Mustafa Azpost.info-ya müsahibəsində parlament seçkilərində seçiləcəyi və vitse-spiker olacağı haqda yayılan məlumata münasibətində deyib.

O bildirib ki, biz öz işimizə baxırıq və seçkini qazanmaqdan başqa hədəfimiz yoxdur:

“Sonrakı mərhələdə nə baş verəcəksə, bu barədə o zaman danışmaq lazımdır. İndidən peyğəmbərlik etməyə ehtiyac yoxdur. Gedişatda hər şey ortaya çıxacaq. Vitse-spiker postu parlamentdəki çoxluğun həll etməli olduğu məsələdir. Ona görə də bizim bu barədə nəsə deməyimiz doğru deyil”.