Emin Zülfiyyə Xanbabayeva ilə duet oxuyacaq







Müğənni-bəstəkar Emin "Onlar”a açıqlama verib.
 "Axşam.az”ın  xəbərinə görə, ifaçı yeniliklərindən danışıb:
"Dekabrın 4-də yubiley konsertim olacaq. Yubileylə bağlı ilk konsertə Bakıdan başlayacağıq. İstəyirəm ki, yeni mahnılarımı ilk dəfə Bakı tamaşaçıları eşitsin. Həmin bəstələri Moskvada dekabrın 10-da və 11-də dinləyəcəklər. Bakıda möhtəşəm şou və məşhur müğənnilərin ifası gözlənilir. Şadam ki, rusiyalı ifaçılar həmin gün mənimlə birlikdə səhnəni paylaşacaqlar. Konsertdə Ani Lorakla yeni duetimiz olacaq. Stas Piyexa ilə yeni duetimizin premyerası da həmin gün baş tutacaq. İqor Krutoyla da duet hazırlayırıq. Dekabrın 1-də yeni albomum hazır olacaq. Təzə ildə həmin albomla qastrol səfərlərinə çıxacam. Yerli müğənnilərdən biri ilə duet ifa edəcəm. Onun yaradıcılığını sevirəm, böyük hörmətim var”.
"Bu, Zülfiyyə Xanbabayevadır” sualına isə Emin belə cavab verib:
"Ola bilsin ki, bu, həmin müğənnidir. Bəlkə mən özüm də Azərbaycan dilində oxudum”.