"Çünki Türkiyənin Rusiyadan S-400 raketləri almaq qərarının arxasında kifayət qədər ciddi səbəblər var"
"Türkiyə ilə qarşıdurmada Ağ Evin itkiləri daha çox ola bilər"
ABŞ-ın Ankaranı ittiham etməsi əsassızdır
"Çünki Türkiyənin Rusiyadan S-400 raketləri almaq qərarının arxasında kifayət qədər ciddi səbəblər var"
"Çünki Türkiyənin Rusiyadan S-400 raketləri almaq qərarının arxasında kifayət qədər ciddi səbəblər var"
ABŞ öz milli təhlükəsizliyini qorumaq üçün Rusiyadan S-400 alan Türkiyəni bir daha təhdid edib. Müdafiə Nazirliyinin sözçüsü Erik Pahon bildirib ki, artıq məsələ ilə bağlı Türkiyəyə xəbərdarlıq edilib:
"Rusiyadan S-400 almağın Vaşinqton ilə Ankara arasında əməkdaşlıq üçün mühüm nəticələri olacağı ilə bağlı Türkiyəni xəbərdar etmişik. Türkiyənin hava müdafiə sistemini möhkəmləndirmək istəyini anlayırıq. Ancaq Türkiyənin S-400 alması ABŞ ilə Türkiyənin müdafiə sahəsində əməkdaşlıq üçün ağır nəticələr doğuracaq”. Pentaqon sözçüsü deyib ki, müdafiə ehtiyaclarının ödənilməsi üçün Türkiyənin daha uyğun alternativlər tapmasına yardımçı olmaq üçün çalışırlar: "Amma eyni zamanda S-400 almasının geniş nəticələri olacağı barədə də xəbərdarlıq edirik. Bu barədə açıq dialoqu davam etdiririk və daha əvvəl mühüm müdafiə sistemlərinin alınmasının NATO çərçivəsində uyğunluğun təmin olunmasının vacibliyini vurğulamışdıq".
NATO üzrə müttəfiq olan iki dövlət arasındakı ziddiyyəti "Şərq”ə şərh edən politoloq Elçin Xalidbəyli deyib ki, Türkiyənin Rusiyadan S-400 tipli zenit-raket kompleksləri almaq qərarı uzun müddətdən bəridir ki, Ağ Evlə rəsmi Ankara arasındakı münasibətlərdə böhranlı situasiya yaradıb. Ekspertin sözlərinə görə, ABŞ Türkiyəni NATO-nun standartlarına uyğun olmayan silah növləri almaq cəhdlərində suçlayır. Bu böhran hər iki dövlət üçün qarşılıqlı münasibətlərin şərtlərini ağırlaşdırır:
"Ancaq ABŞ-ın bu məsələ ilə bağlı Türkiyəyə yönəlik ittihamları və təzyiqləri əsassızdır. Çünki Türkiyənin Rusiyadan S-400 raketləri almaq qərarının arxasında kifayət qədər ciddi səbəblər var. Onlardan birincisi, ABŞ-ın Türkiyəyə silah satışında rəsmi Ankaranın maraqlarına əhəmiyyət vermək istəmir. Yəni Ağ Ev Türkiyənin hansı silahlara ehtiyacı olduğunu özü müəyyənləşdirmək istəyir. Rəsmi Ankaranın öz ordusu üçün vacib hesab etdiyi silah növlərini Türkiyəyə satmaqdan imtina edir. Bunun bariz örnəyi vaxtilə Türkiyənin Suriya ilə sərhəd bölgələri raket hücumuna məruz qalarkən ABŞ və Qərbin verdiyi reaksiyadır.
Belə ki, Türkiyənin Suriya istiqamətindən təcavüzə məruz qaldığı həmin dövrdə NATO öz öhdəliklərini yerinə yetirmədi və Türkiyəni müdafiə etmədi. Yalnız rəsmi Ankaranın Türkiyə üçün NATO-nun öz əhəmiyyətini itirə biləcəyi ilə bağlı sərt xəbərdarlığından sonra situasiya nisbətən dəyişməyə başladı. Belə ki, sərhəd bölgələrinin müdafiəsini təmin etmək üçün "Patriot” raketləri müvəqqəti olaraq Türkiyəyə icarəyə verildi. İcarə müddətində Türkiyə hərbçiləri "Patriot” raketlərinə yaxın buraxılmadı. Yəni bu raket sistemləri onları Türkiyənin sərhəd bölgələrində quraşdıran NATO mütəxəssisləri tərəfindən idarə olundu. Eyni zamanda icarə müddəti bitdikdən sonra Türkiyənin külli miqdarda para ödədiyi raket sistemlərini söküb, apardılar. Yəni Türkiyəyə bu tipli önəmli silahları satmırlar, ən yaxşı halda parasını alıb, müvəqqəti icarəyə verirlər. İcarə müddəti bitdikdən sonrasa, Türkiyə yenidən silahsız qalır”.
Analitikin fikrincə, Türkiyənin Rusiya silahlarına üstünlük verməsinin ikinci önəmli səbəbi ABŞ və Qərbin satdığı silahlarda xüsusi nəzarət cihazlarının quraşdırılmasıyla bağlıdır:
"Yəni Türkiyə həmin silahlardan ABŞ və Qərbin maraqlarının ziddinə olacağı təqdirdə, heç bir xarici düşmənə qarşı istifadə edə bilməz. Buna cəhd edildiyi təqdirdəsə, həmin silahlar xüsusi nəzarət cihazları vasitəsilə dərhal ya istifadəyə yararsız vəziyyətə salınır, ya da ümumiyyətlə, məhv edilir. Türkiyədə F-16 tipli hərbi təyyarələrin və hərbi helikopterlərin vaxtaşırı anlamsız qəzaya uğraması halları məhz bununla izah edilir. Nəhayət, üçüncü önəmli səbəb ABŞ və Qərbin satdığı silahların analoji Rusiya silahlarından qat-qat baha olmasıyla bağlıdır. Bu baxımdan, ABŞ-ın bütün etirazlarına baxmayaraq, Türkiyə həm ucuz, həm də məhz yalnız öz nəzarətində olan silahlara sahib olmaq istəyində tamamilə haqlıdır”.
E.Xalidbəyli vurğulayıb ki, bütün bunları nəzərə aldıqda, ABŞ-ın bütün təhdid və təzyiqlərinə baxmayaraq, Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri almaq qərarından vaz keçə biləcəyi qətiyyən inandırıcı görünmür:
"Üstəlik, Ərdoğan hakimiyyəti xarici təzyiqlərə boyun əyməyə həvəsli siyasi qüvvə olmadığından ABŞ-ın öz istəyinə nail ola biləcəyi ilə bağlı ehtimal real deyil. Türkiyə S-400 raketlərinin alınması ilə bağlı Rusiya ilə müqavilə imzalayıb. Və həmin müqaviləyə uyğun olaraq, Rusiya S-400 raketlərinin ilk partiyasının artıq bu ilin iyul ayında Türkiyəyə göndərmək öhdəliyini öz üzərinə götürüb. Belə anlaşılır ki, bu hərbi-ticari əməkdaşlıqdan geri dönüş ehtimalı yoxdur və ABŞ-ın xoşuna gəlməsə də, bu, hərbi müqavilə ilə yerinə yetiriləcək.
Düzdür, bu hərbi alış-veriş ABŞ-Rusiya münasibətlərini daha da gərginləşdirə bilər. Ancaq bu gərginlikdən Ağ Evin itirəcəkləri daha çoxdur. Ağ Ev təzyiqləri daha da artırarsa, ABŞ Türkiyəni tamamilə itirə bilər. Türkiyənin son illərdə Rusiya ilə münasibətlərinin ən yüksək səviyyəyə çatdığını nəzərə aldıqda, bu ehtimal qətiyyən istisna deyil. Ona görə də bundan sonrası ABŞ-ın atacağı addımlardan birbaşa asılıdır”.
İsmayıl