17 yaşlı gənc məhkəmə zalında qandallandı




Xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən 2002-ci il təvəllüdlü Namiq Ayxanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən Namiq Axundov 7 il müddətinə azadlıqdan məhrum edilib. Barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, Namiq Ayxanov Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa qağır zərər vurma) maddəsi ilə təqsirli bilinib. O, xuliqanlıq niyyəti aralarında yaranan münaqişə zəminindı tanışı A.N-ni (şərtdir) bıçaqlayıb.