7 aylıq körpənin əlində və ayağında 6-cı barmağı var

Həkimlər hələ heç nə edə bilmir
7 aylıq körpə Jacob ürək qüsuru ilə doğulub. Ürəyində bir deşiklə dünyaya gələn talehsiz körpənin qeyri- adi bir xüsusiyyəti də var. Jacobun hər bir əlində və ayağında 6-cı barmağı var. Həkimlərsə hələ heç bir şey edə bilmir.
Jacob Duffy doğularkən həkimləri belə çaşqına çevirib. Eksta barmaqları olan Jacobun bir ayağındakı kiçik ayaq barmağı isə incəcik bir toxumayla bədəninə bağlıdır. Sanki qopacaq kimi görünən barmağın doğuş zamanı qırıldığı düşünülür. Olduqca qeyri- adi vəziyyətin səbəbinə həkimlər bir şərh verə bilmir. Körpə kiçik olduğundan hələ "narxoz” verilə bilməyəcəyi və əməliyyat keçirməsinin hələ mümkün olmadığı ifadə edilir. Jacobun 6 ayaq barmağı olması hazırda onun hərəkətinə maneə törədir. Ancaq Jacob 12 aylıq olduqdan sonra tibbi müdaxilə mümkün olacaq. Əməliyyat maddi cəhətdən xeyli pul tələb etdiyindən 7 aylıq Jacob üçün yardım kampaniyası başladıldı.