7 gündə 5 kilo arıqladı

Hədəfi serialda istədiyi rolu almaq idi
Gənc aktrisa, 7 gündə 5 kilo araqladığının sirlərini açıb. Son günlərin məşhur aktrisalarından olan Hande Erçel, "Rəngli səhifələr” proqramında yaşadığı artıq çəki problemini necə aşdığını izah edib. Erçel belə deyib: "İndiki serialımdan əvvəl "Həyat ağacı” adlı bir serialda rol aldım. Amma o serial çox erkən bitdi. Sonrakı dövrdə bir az boşluq yarandı. Psixoloji olaraq da oxumağı istəmədiyim bir dövrdə, işləmək istəyirdim. Bu zaman Selin xarakterini kəşf etdim. O rol üçün çox adamla sınaq çəkilişi reallaşdırdılar. Çəkilişlərin aparıldığı yerə getdiyim zaman bu rolu çox adamın almaq istədiyini bilirdim. Çəkilişlər davam etdi. Amma bəzi problemlərdən dolayı təkrar çəkilişlər olacağını söylədilər. Qarşıma kilo problemi çıxdı. Mənə "arıqla” dedilər. Mən də bir həftədə 5 kilo arıqladım. Qısa müddətdə sağlam bir diyet qəbu etdim və idmanla məşğul oldum. Bir həftə sonra çəkilişlərə gedən zaman olduqca inadcıl olduğumu gördülər və Selin rolunu mən aldım.”