“8 Noyabr” stansiyası nə vaxtdan fəaliyyətə başlayacaq? - AÇIQLAMA


31 may tarixindən etibarən “8 Noyabr” stansiyası da fəaliyyətə başlayacaq.

Oxu.Az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. 

O bildirib ki, mayın 31-dən etibarən Nazirlər Kabineti yanında operativ qərargahın qərarına əsasən metro sərnişinlərin istifadəsinə veriləcək.