86 yaşlı yazıçı VƏFAT ETDİ




Bir neçə saat öncə ispaniyalı yazıçı Juan Qoytisolo 86 yaşında dünyasını dəyişib. 

Sherg.az "Lemonde.fr"ə istinadən xəbər verir ki, J.Qoytisolo əlliyə yaxın əsərin və  iyirmiyə yaxın romanın müəllifidir. 

Qeyd edək ki, o, 1931-ci ildə İspaniyanın Barselona şəhərində burjuaziya ailəsində dünyaya göz açıb. Lüis Qoytisolo adlı bir yazıçı qardaşı olub.  Anası vətəndaş müharibəsi zamanı bombardman nəticəsində dünyasını dəyişib. Anası övladlarına Folkner, Dostoyevski, Volter Malro və başqa yazarların əsərləri ilə dolu kitabxana qoyub gedib. 

Ayyət Əhməd