Bakıda bir neçə intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Xətai rayonu Q.Məmmədov küçəsi 7/127 ünvanında kirayə yaşayan Bərdə rayon sakini 1964-cü il təvəllüdlü Fərəcov Zahid Əhməd oğlu özünü dəhlizdəki borudan ağ parça ilə asaraq intihar edib.
Oxşar hadisə Binəqədi rayonunda da qeydə alınıb. Xocasən qəsəbəsində 1972-ci il təvəllüdlü Haqverdiyev Natiq Kərəm oğlu da özünü asıb.
Hər iki faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Qeyd edəkki, intihar edən şəxslər ailəli olub.