56 il sonra ələ keçdi

79 yaşlı keçmiş məhbus xususi bir əməliyyatla saxlandı



ABŞ-da, 1959-cu ildə həbsxanadan qaçan Frenk Freşuoters adlı məhkum, adını dəyişdirərək yaşadığı Florida ştatında 56 il sonra 79 yaşında maraqlı bir əməliyyatla tutuldu.

Amerika polisi, ölkənin Florida ştatında, adi olmayan bir əməliyyatla qaçaq halda yaşayan bir məhkumu tutdu. 1957-ci ildə bir piyadanı öldürməkdə günahlandırılaraq həbsə atılan 79 yaşlı Frenk Freşuoters, hökm aldıqdan iki il sonra həbsdən qaçıb. 56 il sonra Freşuoters olduğundan şübhələnilən adamı tutmaq üçün gizli bir plan hazırlayan Amerika polisi, şübhəlidən rəsmi sənəd görünüşündəki bir sıra sənədləri imzalamasını istədi və alınan barmaq izi bazada araşdırıldı. Frenk Freşuoters bu hadisənin ardından bir həftə boyunca təhlükəsizlik qüvvələri tərəfindən müşahidə edildi. Polis məmurları, daha sonra Freşuotersi yolda dayandırdı və ona köhnə bir fotoşəklini göstərərək, "Bu adamı daha əvvəl gördünüzmü” deyə soruşdu. Adını dəyişdirərək Floridada ən az 20 il yaşamağı bacaran Frenk Freşuoters də bu suala, "Məni tutdunuz” cavabını verdi.