İngiltərədə 14 və 15 yaşındakı 2 gənc qız ortada bir iz buraxmadan itdi. Evlərindən 30 km uzaqda olan qızların, son günlərdə Facebookda məşhur olan "72 Oyunu (Game of 72)” adlı bir oyun üçün bunu etdikləri iddia edildi.
"72 Oyunu” adı verilən və gənclərin ortaya çıxmaması üçün çox diqqətli davrandıqları oyun ailələrə qorxulu anlar yaşadır. Oyundakı məqsəd 72 saat, yəni 3 gün boyunca kimsəyə xəbər vermədən, ardından şübhə oyandıracaq heç bir iz buraxmadan itkin düşməkdir.
Facebookda məşhur olmağa başlayan oyunu oynadığı iddia edilən eyni məktəbə gedən 14 yaşındakı Sammy Clarke və 15 yaşındakı Siobhan Clarke (qohum olmadıqları ifadə edildi) ailələrinin itkin xəbərindən sonra evlərindən təxminən 30 km uzaqlıqda tapıldı. Qızların 22 yaşındakı yoldaşları Kieran Hartley Anderson ilə görüşmək üçün ortadan itdikləri açıqlandı. 22 yaşındakı gəncin ifadəsi alındı.
Fransada da yaşandı
Keçən ay bənzər bir hadisə Fransada yaşanmışdı. 13 yaşındakı bir qız 72 saat boyunca ortadan itmiş və özbaşına evinə dönmüşdü. Emma adındakı qıza harada olduğu, nə etdiyi soruşulmuş, ancaq "72 Oyununu bitirdim”dən başqa bir cavab alına bilməmişdi.
"Game of 72” nədir? Gənclər nəyi məqsəd qoyur?
Oyunun məqsədi, gənclərin ortadan itərək ailələrini mümkün qədər qorxutmaq və diqqət çəkmək olduğu deyilir. Mütəxəssislər ailələrin uşaqlarının Facebook profillərini nəzarət etmələri və şübhəli gördükləri vəziyyətlərdə mütəxəssislərdən professional dəstək almaları mövzusunda xəbərdar edir.