Polis şoka düşdü: 8 yaşlı uşaq çamadandan çıxdı





İspaniyada 8 yaşlı bir uşaq çamadanın içinə gizlənərək ölkəyə daxil olmaq istədi.

Mərakeş ilə İspaniya sərhəddində içində olan Ceuta şəhərindən İspaniyaya daxil olmaq istəyən 19 yaşlı Mərakeşli bir qadından şübhələnən sərhəd polisi qadının daşıdığı Trolley tipli dörd təkərli çamadandan 8 yaşlı bir uşağın çıxdığını görüncə heyrətlərə düşdü. İspaniyanın Kanarya adasında çalışan və məskunlaşma izni olan Fatima E. Y adlı Mərakeşli bir qadından, başqa bir ailə pul müqabilində çamadanı sərhədin o biri tərəfinə qədər daşımasını istədi. Çamadanın içində narkotik olmadığı zəmanətini alan 19 yaşlı qadın polis nəzərətindən keçincə həddindən artıq həyəcanlandı və şübhə yaradaraq axtarılmağa başlandı. Qadının əlindəki trolley tipli təkərli çamadanı x-Rels cihazından keçirən polis bir uşağın çamadana yerləşdirilmiş halda tapdı. Burada çətin nəfəs alan Abou adlı uşağın sağlamlıq vəziyyətinin yaxşı olduğu ifadə edilir.