Parlamentdə iş adamlarıının həbsi müzakirə olundu





Azərbaycan Milli Məclisinin (MM) bu gün keçirilən iclasında son günlər kredit borcları olan iş adamlarının həbsi ilə bağlı məsələ ətrafında yaranan ajiotaj müzakirə edilib.
APA-nın məlumatına görə, çıxış edən deputat Zahid Oruc bildirib ki, banka borcu olan iş adamlarının həbsi ilə bağlı ayrı-ayrı qüvvələr tərəfindən ajiotaj yaradılır.
Deputat Azərbaycan prezidentinin ötən günkü fikirlərini xatırladaraq deyib: "Azərbaycanda sahibkarlara geniş şərait yaradılıb. Amma yetər ki, qanun çərçivəsində fəaliyyət göstərsinlər. Son vaxtlar bu qanunu pozanlara qarşı dövlət ciddi tədbir görür, amma bəziləri bunun ətrafında ajiotaj yaradırlar”.
Spiker Oqtay Əsədov isə deputatın fikirlərinə belə reaksiya verib: "Ajiotaj yaradanlar məlumdur. Qarşıdan Avropa Oyunları gəlir və bundan istifadə etmək istəyirlər. Qaldı ki, o iş adamları ilə bağlı məsələ, heç bir narahatçılıq yoxdur, dövlət orqanları var və kredit borcları ilə bağlı lazımı tədbirləri görür. Hamı qanuna tabe olmalıdır”.