Fransanın məşhur idman saytı Avropa Oyunlarından yazır

"Burada milli səfərbərlik də çox mühüm rol oynadı. Bütün Azərbaycan xalqı buna dəstək verdi”





Fransanın www.francsjeux.com idman saytında "Bu gecə Bakı tarix yazacaq” başlıqlı məqalə dərc olunub.
"Şərq” qəzeti xəbər verir ki, yazıda ilk Avropa Oyunlarının açılışından və mahiyyətindən söz açılır və bu yarışın tarixdə qalacağı vurğulanır: "Fikir verin, Afrika ölkələri özləri üçün Afrika Oyunları, Asiya ölkələri Asiya Oyunları, Amerika isə PanaAmerika oyunları təşkil edir. Avropa ölkələrində isə belə bir yarış keçirilmirdi. Lakin sonradan bununla bağlı təşəbbüs gündəmə gəldi və onun təşkili Azərbaycana həvalə olundu. Prosesləri üzərinə götürən Bakı işlərin öhdəsindən lazımınca gəldi. Artıq sinxron üzgüçülük üzrə yarışlara start verilib. Əlbəttə, burada milli səfərbərlik də çox mühüm rol oynadı. Bütün Azərbaycan xalqı buna dəstək verdi”.
Oyunların əhəmiyyətinə diqqət çəkən müəllif bildirir ki, yarışa 150 Olimpiya, 200-ə yaxın Dünya çempionu qatılacaq: "Onlar da Bakıda adlarını tarixə salmaq istəyirlər. Əlbəttə, bütün bunlar Oyunların çox böyük önəmə malik olmasının göstəricisidir”.

Ayyət