99 bal yığan tələbə:"100 toplamağı məqsəd qoymuşdum"



Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 9-da ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına, rezidenturaya qəbul imtahanının birinci mərhələsini və Azərbaycan dili (ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün) imtahanlarını keçirib.

Məlumata görə, magistratura pilləsinin birinci mərhələsinə keçirilən imtahanların nəticələri az öncə açıqlanıb.
İmtahan nəticələrinə uyğun olaraq respublika üzrə ən yüksək nəticəni Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər ixtisası üzrə 4-cü kurs tələbəsi Fəxri Qurbanzadə göstərib.

"Magistratura.az” kursunda hazırlaşan Fəxri Sherg.az-a açıqlamasında yüksək nəticə göstərməyinin səbəbini inanmaq, çalışmaq və məsuliyyətli olmaqla izah edib:

"Əlbəttə müəllimlərin də əziyyəti qeyd edilməlidir. Qarşıma məqsəd olaraq 100 bal toplamağı qoymuşdum. Amma bir az diqqətsizlik 1-cə sualda səhv etməyimə səbəb oldu. Bundan sonra ikinci mərhələni də uğurla başa vurub, inşallah Dövlət İdarəçilik Akademiyasında magistr təhsilimi davam etdirmək istərdim”

F.Qurbanzadə magistratura pilləsinə imtahan verməyə hazırlaşan tələbələrə tövsiyyələrini də bölüşüb:
"Əsas tövsiyəm budur ki, heç vaxt ruhdan düşməsinlər. Və nail olacaqlarına inansınlar. Belə olduqda əminəm uğur qazana bilərlər”.

Aysel Aslan