Türkiyədə 9 bələdiyyə sədri AKP-nin sıralarına qoşulub. Onların nişanlarını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyanın Genişləndirilmiş İl Başçıları Toplantısında taxıb.
Sherg.az xəbər verir ki, AKP-yə keçən bələdiyyə sədrlərindən 5-i CHP-dən, 3-ü Yenidən Rifah Partiyasından, biri isə İYİ Partiyadandır.
AKP-yə keçən bələdiyyə sədrləri:
Tekirdağ Çerkezköy -Vahap Akay (CHP)
İzmir Çiğli -Onur Emrah Yıldız (CHP)
Antalya Elmalı - Halil Öztürk (CHP)
Erzurum Şenkaya -Görbil Özcan (CHP)
Balıkesir Marmara -Aydın Dinçer (CHP)
Kahramanmaraş Dulkadiroğlu - Mehmet Akpınar (Yenidən Rifah Partiyası)
Kahramanmaraş Türkoğlu - Mehmet Karaca (Yenidən Rifah Partiyası)
Elazığ Palu - Muhammet Septioğlu (Yenidən Rifah Partiyası)
Sivas Koyulhisar -Bora Karakullukçu (İYİ Partiya).
Beləliklə, müxtəlif siyasi partiyalardan olan 9 bələdiyyə sədri AKP-nin sıralarına qoşulub və onların nişanları Ərdoğan tərəfindən təqdim edilib.