Britaniyanın xarici işlər naziri Ed Miliband Qəzza və İordan çayının qərb sahilində fələstinlilərin yaşadığı ağrıların dünya vicdanında ləkə olduğunu bildirib.
Sherg.az xəbər verir ki, Miliband İşçi Partiyasının Liverpulda keçirilən illik konfransında çıxışı zamanı Fələstin xalqının vəziyyətindən narahat olan insanlara müraciət edərək “Sizi eşidirik. Haqlı idiniz” deyib.
O, Qəzzada fələstinlilərə yaşadılanların heç bir halda bəraət qazandıra bilməyəcəyini vurğulayıb və Yaxın Şərqdə sülhün iki dövlətli həll yolundan keçdiyini bildirib.