Abdullah Gül: “Nələr edəcəyimizi görəcəksiniz”
21:00 20.01.2014
Arxiv
822
Türkiyə, Azərbaycan və Gürcüstan yeni birgə layihələr həyata keçirəcəklər
Türkiyə Prezidenti Abdullah Gül Ankarada rəsmi səfərdə olan Gürcüstanın dövlət başçısı Giorgi Marqvelaşvili ilə keçirdiyi mətbuat konfransında Türkiyə, Azərbaycan və Gürcüstan arasında həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb.
Abdullah Gül deyib ki, dost və qardaş olan bu üç ölkə çox böyük strateji əhəmiyyətə malik layihələr həyata keçirib. Bundan sonra yeni layihələr də həyata keçiriləcək. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars və bunlara əlavə olaraq həyata keçiriləcək TANAP layihələri əməkdaşlığın bir nümunəsidir.
Türkiyə Prezidenti bölgədəki münaqişələrə də toxunub, onların sülh və dövlətlərin ərazi bütövlüyünün qorunması yolu ilə həllinin vacibliyini vurğulayıb.
Türkiyə prezidenti Abdullah Gül jurnalistlərin 17 dekabr Böyük Rüşvət əməliyyatı ilə bağlı suallarını da cavablandırıb. Prezident deyib ki, Hakimlər və Prokurorlar Yüksək Qurumu (HPYQ) ilə bağlı qanunvericiliyə dəyişikliklərdən sonra qəti qərarlar veriləcək. Prezident bu haqda fikirlərini "qanun çıxsın, nələr edəcəyimizi görəcəksiniz” sözləri ilə tamamlayıb.
Bu arada Böyük Rüşvət əməliyyatında həbs edilənlərin istintaqı davam edir. İstanbul Baş Prokurorluğundan Türkiyə xəbər kanallarına ötürülən bilgiyə görə, artıq eks-nazirlərin övladları, onların rüşvət zəncirinin haraya qədər uzanması ilə bağlı ciddi faktlar ortaya çıxarılıb. Ehtimal edilir ki, yaxın günlərdə AKP hökumətinin keçmiş və indiki nazirlərindən daha bir neçəsinin və onların yaxınlarının 17 dekabr rüşvət əməliyyatına bağlılıqları haqqında xəbərlər gündəmə gələcək.
Korrupsiya və rüşvət ittihamlarının əsas ismi Rza Zərrabın da durumunda dəyişikliklər olması haqqında xəbərlər yayılmaqdadır. Ancaq bu durum onu qarşı sürülən ittihamların əsassızlığı ilə deyil, ailəsində yaranan gərgin durum ilə bağlıdır. Hurriyet.com-un yazdığı bilgiyə görə, həyat yoldaşı sənətçi Ebru Gündeş artıq Rza Zərrabı ziyarət etmir. Ebri Gündəşin Metris həbsxanasına yolunun kəsilmə səbəbi kimi isə Rza Zərrabın bir neçə gün öncə yayılan telefon danışıqları göstərilir. Yada salaq ki, həmin danışıqlar Rza Zərrab köməkçilərinə İstanbulda qonağı olacaq Dubay polis rəislərinə "xidmət edəcək” qadınlar tapmağı tapşırır, ərəb əsilli qadını isə özü üçün saxlamaq göstərişi verir. Bu olayın Ebru ilə Rza arasında ciddi gərilmə yaratması və Ebrunun 17 dekabrdan sonra ikinci ciddi əsəb krizi yaşamasına səbəb olduğu iddia edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya