ABŞ-dan qorxunc ANONS:"Suriya kimyəvi silahlarla hücuma hazırlaşır"



Amerika  Suriyanın mülki vətəndaşlara qarşı kimyəvi silahlardan istifadə edərək qırğın törədəcəyi ilə bağlı anons verib.  

Sherg.az "Lemonde.fr"ə istinadən xəbər verir ki, Ağ ev bu məsələni cari ilin 4 aprel tarixində İdlib vilayətinin Xan Şeukun şəhərində baş verən qırğınla eyniləşdirir. Qeyd edək ki, sözügedən qırğında 31-i günahsız körpə olmaqla 88 nəfər qətlə yetirilib. 

Xəbərdə o da qeyd olunur ki, Bəşər Əssad rejimi tərəfindən hazırlanan növbəti kimyəvi silahlarla hücum nəticəsində yüzlərlə mülki vətəndaş məhv edilə bilər.

Ayyət Əhməd