"ABŞ-ın Rusiyaya qarşı sanksiyaları Ermənistanı daha da zəiflədəcək" - Deputat
08:50 20.08.2018
Arxiv
603
"Avqust ayının sonunda ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək”.
Bu barədə "Sherg.az”a Tramp administrasiyasının yaxın bir neçə həftə ərzində Rusiyanın "Şimal axını-2" qaz kəməri layihəsində iştirak edən şirkətlərə qarşı yeni sanksiyalar tətbiq edəcəyi barədə iddiaları şərh edərkən millət vəkili, politoloq Rasim Musabəyov bildirib.
O qeyd edib ki, Moskvaya qarşı ən şiddətli sanksiya payız aylarında tətbiq ediləcək:
"Amerika-Rusiya qarşıdurmasının hansısa müharibəyə gətirib çıxaracağını düşünmürəm. Lakin hiss olunur ki, ABŞ Rusiyanın iddialarından narahat olur. Bu baxımdan Rusiyanı iqtisadi cəhətdən zəiflətmək istəyir. Rəsmi Vaşinqton Moskvanı cəzalandırmaqla "Siz özünüzü belə apardığınız müddətcə, böyük iqtisadi itkilərlə üz-üzə qalacaqsınız" mesajını verməyə çalışır. ABŞ-dakı vəziyyətin hansı istiqamətdə dəyişəcəyini əvvəlcədən demək çətindir. Lakin hazırda Rusiyaya qarşı sanksiyaların sərtləşəcəyi mütləqdir”.
Amerika-Rusiya qarşıdurmasının regiondakı iqtisadi, siyasi vəziyyətə təsirlərinə gəlincə, R. Musabəyov hesab edir ki, ilk növbədə Moskvadan asılı olan Ermənistan daha da zəifləyəcək:
"Ermənistan öz havadarının zəifləməsindən yaxşı heç nə əldə etməyəcək. Çünki iqtisadi və siyasi cəhətdən bu dövlətdən daha çox asılıdır. Azərbaycan, Gürcüstan və digər region ölkələrinin iqtisadiyyatı da Rusiyanın zəifləməsindən müəyyən qədər təsirlənəcək. Şimal qonşumuzun imkanları daraldıqca, iqtisadi əlaqələri, idxal-ixrac potensialı da zəifləyəcək. Rus əhali turizmə əvvəlki qədər meyl etməyəcək. Nəticədə, region ölkələri üçün bir sıra sahələrdə mənfi təsirlər özünü göstərəcək”.
Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın administrasiyası yaxın bir neçə həftə ərzində Rusiyanın "Şimal axını-2" qaz kəməri layihəsində iştirak edən şirkətlərə qarşı yeni sanksiyalar tətbiq edəcək. "The Wall Street Journal"ın administrasiyadakı mənbələrə istinadən məlumatına görə, hazırda sanksiyalar paketi üzərində iş yekunlaşır.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə