"ABŞ-ın Rusiyaya sanksiyası hər iki ölkəyə ziyan vuracaq"




"Amerikanın Rusiyaya sanksiya tətbiq etməsi hər iki ölkəyə ziyan vura bilər".

 Sherg.az "fr.euronews.com"-a istinadən xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov bildirib. 

Onun sözlərinə görə, Rusiyaya olan siyasi təzyiqlərin davam etməsi hər iki ölkənin maraqlarına uyğun deyil və bu ölkələr arasındakı əlaqələrin inkişafına mənfi təsir göstərir:

"Bu həftə Amerika konqresi Rusiya, İran və Şimali Koreyaya sanksiya tətbiq etmək üçün yeni qanun qəbul edib.  

Qeyd edək ki, Moskva ilə Vaşinqton arasındakı gərginlik Ukrayna hadisələrindən sonra daha da kəskinləşib. 

Ayyət Əhməd