ABŞ-ınTürkiyə ilə bağlı hesabatında yeni detallar bəlli olub





ABŞ Müdafiə Nazirliyinin 15 noyabrda Konqresə təqdim etdiyi Türkiyə ilə bağlı hesabatda yeni detallar bəlli olub.

Axar.az xəbər verir ki, hesabatda Türkiyənin NATO-nun cənub-şərq qanadında qeyri-adi bir geostrateji mövqeyə malik olduğu və bu səbəbdən ABŞ ilə Türkiyənin mühüm regional maraqları bölüşdüyü bildirilib.

Hesabatda Türkiyəyə Rusiyanın S-400 raket əleyhinə müdafiə sisteminə alternativlərin təqdim edilməsinin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.