ABŞ Müdafiə Universitetinin nümayəndələri Bakıya səfər edib




Amerika Birləşmiş Ştatlarının Milli Müdafiə Universitetinin nümayəndə heyətinin Azərbaycana akademik səfəri təşkil edilib.

"Sherg.az"ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, səfər çərçivəsində Silahlı Qüvvələrin Hərbi Akademiyasında ABŞ nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə qonaqlara akademiyanın fəaliyyəti və regional təhlükəsizlik haqqında təqdimatlar verilib.