ABŞ PKK terror təşkilatının Suriya qolu olan YPG-ə təlim keçir




Türkiyənin qarşı çıxmasına baxmayaraq, PKK terror təşkilatının Suriya qolu olan YPG ilə Raqqa əməliyyatına başlayan ABŞ Türkiyə sərhədinin dibində hərbçilərə təlim keçir.

Sherg.az-ın Amerikanın Associated Press (AP) xəbər agentliyinə istinadən məlumatına görə, təlim Akçaqalada yerləşən Eyn İsa bölgəsindədir.

Hərbi hazırlıqdan keçirilən təxminən 250 nəfərin buraxılış mərasimində maraqlı görüntülər ortaya çıxıb. Əllərini ürəklərinə qoyub, nasist salamına bənzər salam verən hərbçilərə daha sonra tək-tək silah verilib.
Vissam adlı bir hərbçi, hazırlıq alan 800 nəfərin İŞİD terror təşkilatının nəzarətində olan Rakka ətrafındakı beş bölgəyə göndərildiyini bildirib.

Amerikalı rəsmilər bu hərbçilərin sayının 3 min 500-ə qədər olmasını gözlədiklərini deyib.
Xatırladaq ki, Suriyanın şimalında səkkiz hərbi bazası olan ABŞ, indiyə qədər YPG-yə böyük miqdarda silah və sursat yardımı edib.

Aysel Aslan