ABŞ Qarabağ danışıqlarından uzaqlaşdırılmayıb
20:21 26.04.2016
Arxiv
446
Sadəcə, Rusiya münaqişə tərəflərinə yaxın olduğundan rolu daha çox qabarır
Son günlər ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən olan Rusiyanın Dağlıq Qarabağ münaqişəsinə dair aktivliyi artıb. Cəbhədə Ermənistan və Azərbaycan silahlı birləşmələri arasındakı 4 günlük döyüşdən sonra Moskva "canfəşanlığa” başlayıb.
Bu ölkə rəsmiləri intensiv olaraq gah Ermənistana, gah da Azərbaycana səfərlər edirlər. Münaqişənin həlli ilə əlaqədar tərəflərlə danışıqlar aparır və müxtəlif təkliflər irəli sürürlər. Buna rəğmən digər həmsədr ölkələr - Fransa və Amerika sadəcə ənənəvi bəyanatlarla kifayətlənirlər. Əksər hallarda isə susqunluq nümayiş etdirirlər. Hətta buna görə, bəzi ekspertlər "Fransa və ABŞ proseslərdən kənarlaşdırılıb” kimi fikirlər səsləndirirlər və səbəbini də Moskva amili ilə izah edirlər. Bildirirlər ki, artıq Rusiya Dağlıq Qarabağ münaqişəsində vasitəçiliyi tamamilə əlinə keçirib. Maraqlıdır, görəsən, "doğrudanmı Rusiya digər həmsədr ölkələri proseslərdən kənarlaşdırıb” sualımızı cavablandıran "Şərq-
Qərb” Araşdırmalar Mərkəzinin sədri, politoloq Ərəstun Oruclu "Şərq”ə bu yanaşma ilə razılaşmadığını deyib. Onun sözlərinə görə, Rusiya yaxın olduğundan və Moskvanın münaqişə tərəflərinə təsiri daha çox olduğuna görə Qərb ölkələri prosesi Moskvanın öhdəsinə buraxıb:
"Amma eyni zamanda Rusiya münaqişənin həllinə dair beynəlxalq anlaşmalar çərçivəsində hərəkət edə bilər. Başqa cür mümkün deyil. Doğrudur, Fransanın susqunluğu müşahidə olunur. Lakin biz onu da görürük ki, ABŞ dövlət katibi hər iki ölkə başçısına müraciət etdi. Amerikanın vəziyyətlə bağlı mövqeyini çatdırdı. Bu da onun göstəricisidir ki, ABŞ prosesin içindədir. Təzliklə də hər iki dövlət başçısı Vaşinqtonda oldu. Orada görüşlər baş tutdu. Amerikalı həmsədr bölgədə səfərdə oldu. Bu baxımdan deməzdim ki, ABŞ kənara çəkilib və yaxud da Rusiya onu proseslərdən kənarlaşdırıb. Belə bir şey yoxdu”.
Ekspert Ermənistan Prezidenti Serj Sarkisyanın danışıqlardan imtina etməsinin nəticələrindən də söz açıb: "Hər ehtimal mümkündür. Müharibə ehtimalı da var. Görünür, lokal müharibə olacaq. Genişmiqyaslı müharibənin baş verəcəyini düşünmürəm. Yəni qısamüddətli qarşıdurma yaranacaq və ondan sonra sülh prosesində irəliləyiş ola bilər. Hər variant mümkündür”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm