ABŞ Türkiyə kurortlarında terror təhlükəsi həyəcanı verdi
11:48 28.04.2016
Arxiv
481
"The İndependent” yazır ki, ABŞ-ın Ankaradakı səfirliyi amerikalılara Türkiyənin turist məkanlarında "ciddi” terror təhlükəsi olduğu barədə xəbərdarlıq edib.
Səfirliyin elektron poçt vasitəsilə yaydığı mesajda bildirilir ki, Türkiyə kurortlarındakı Amerika vətəndaşları müxtəlif qruplaşmalar tərəfindən "məxsusi olaraq” hədəflənə bilər.
Email-də deyilir: "ABŞ hökumətinə terrorçu qruplaşmaların Türkiyənın populyar turist məkanları boyunca hücum imkanı axtardıqları barədə inandırıcı informasiyalar daxil olmaqda davam edir”.
Səfirlik xatırladır ki, Türkiyədə əcnəbi turistlər bundan əvvəl də spesifik olaraq terrorçu təşkilatlar tərəfindən hədəflənib.
"The İndependent” xatırladır ki, Türkiyədə təkcə bu il ərzində dörd intiharçı bomba basqını törədilib.
İstanbulda, şəhərin əsas ticarət küçəsində mart ayında törədilmiş bomba basqını nəticəsində 5 nəfər həlak olmuş, 36 nəfər yaralanmışdı.
Məqalədə deyilir ki, həmin partalyışda həlak olanlardan üçü İsrail vətəndaşı idi və onlardan ikisinin ikili ABŞ vətəndaşlığı da vardı.
Yanvarın 12-də İstanbulda törədilmiş başqa bir basqın nəticəsində 12 alman turist həlak olmuşdu.
Bu partlayışlardan ikisinin İŞİD tərəfindən törədildiyi bildirilsə də, daha iki partlayış üçün məsuliyyəti öz üzərlərinə kürd silahlıları götürmüşdülər (BBC).
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual