Branson "əməliyyatı”nı "Şərq”ə dəyərləndirən Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadənin sözlərinə görə, ABŞ-Türkiyə arasında gərginləşən siyasi əlaqələr əsasən Türkiyə rəhbərliyinin apardığı müstəqil siyasətin nəticəsidir.
ABŞ Türkiyəyə qarşı iqtisadi təzyiqlərdən əl çəkməyəcək
09:31 21.08.2018
Arxiv
779
İki ölkə arasında bundan sonra strateji-siyasi əlaqələrin inkişafı mümkün deyil
Branson "əməliyyatı”nı "Şərq”ə dəyərləndirən Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadənin sözlərinə görə, ABŞ-Türkiyə arasında gərginləşən siyasi əlaqələr əsasən Türkiyə rəhbərliyinin apardığı müstəqil siyasətin nəticəsidir.
ABŞ prezidenti Donald Trampın 20 ildən bəri Türkiyədə yaşayan keşiş Bransona görə Ankaraya açdığı savaş günlərdir müzakirə olunur. Ağ Ev rəhbərinin gözlənilməz aqressiyası bir çox ölkə liderləri üçün anlaşılmaz olaraq qalmaqdadır. Biznesmen Trampın məqsədini tam olaraq anlaya bilməyən Avropa dövlətlərinin rəhbərləri onu mümkün qədər təmkinli olmağa səsləyirlər.
Analitiklər isə həbs olunana qədər varlığı əhəmiyyət kəsb etməyən bir rahibin birdən-birə qiymətə minməsinin səbəblərini çözməyə çalışırlar. Böyük Britaniyanın "Financial Times” qəzeti Trampın Branson sevgisinin pərdəarxasına nəzər salıb. Qəzetin iddiasına görə, Vaşinqtonun Branson israrı 8 noyabrda ABŞ Konqresinə keçiriləcək ara seçkilərlə bağlıdır.
Tramp Konqresdə demokratlar üzərində qələbə çalmaq üçün yevangelistlərin dəstəyini qazanmaq istəyir. Bu səbəbdən yevangelist rahib Bransonun o tarixə qədər azadlığa çıxmasına nail olmağa çalışır. Lakin Türkiyə cinayətləri təsdiqlənmiş rahibi buraxmadığı üçün Tramp daha da coşur və müttəfiqini iqtisadi terrorla hədələyir. Yevangelistlərin də Trampın bu addımlarından məmnun qaldıqları bildirilir. Xatırladaq ki, ABŞ prezidenti yevangelistlərin dəstəyini qazanmaq üçün başqa addımlar da atıb. Məsələn, xarici işlər naziri postunu onlardan olan Mike Pompeoya həvalə edib.
Branson "əməliyyatı”nı "Şərq”ə dəyərləndirən Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadənin sözlərinə görə, ABŞ-Türkiyə arasında gərginləşən siyasi əlaqələr əsasən Türkiyə rəhbərliyinin apardığı müstəqil siyasətin nəticəsidir. Analitik də bəyan edib ki, prezident Tramp Konqres seçkilərində 60 milyonluq yevangelistlərin dəstəyini almaq üçün rahib Bransona dəstək çıxıb və Türkiyəyə sanksiya tətbiq edib. Lakin politoloqun fikrincə, keşiş həbsdən azad edilsə və ABŞ-a qayıtsa belə Ağ Ev Türkiyəyə qarşı iqtisadi təzyiq rıçaqlarından əl çəkməyəcək:
"Türkiyə Rusiya ilə hərbi-ticari əlaqələrini möhkəmləndirir. Rusiyadan S-400 raket komplekslərinin alınması, Suriyada İranla birgə koordinasiyalı fəaliyyət göstərməsi, Ağ Evdən gələn təlimatlara əməl edilməməsi Tramp administrasiyasını Türkiyə əleyhinə addımlar atmağa sövq edir. Amerikalı keşişin Tramp üçün önəmi seçkilərə qədərdir. Keşişin azad olunması ilə prezident böyük dəstək əldə edəcək”. M.Əsədullazadəyə görə, Türkiyə-ABŞ arasında bundan sonra strateji-siyasi əlaqələrin inkişafı mümkün deyil: "Amerikada yalnız yeni administrasiya fonunda Vaşinqton-Ankara münasibətləri formalaşa bilər”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya