ABŞ Türkmənistanı Cənub Qaz Dəhlizinə qoşulmağa çağırdı
07:29 26.05.2019
Arxiv
625
ABŞ Türkmənistanı Cənub Qaz Dəhlizinə qoşulmağa çağırıb.
ONA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin müavini Sandra Oudkirk bildirib.
S. Oudkirk deyib ki, ABŞ Dövlət Departamenti 2018-ci il avqustun 12-də Xəzərin hüquqi statusu barədə Konvensiyanın imzalanmasını müsbət qiymətləndirir və Türkmənistanı Cənub Qaz Dəhlizinə qoşulmaq üçün bu razılaşmadan istifadə etməyə çağırır. Dövlət katibinin köməkçisinin müavini qeyd edib ki, Türkmənistan hazırda Çinə qaz ixrac edir, ancaq bu ölkənin Azərbaycan üzərindən Avropaya qaz ixrac etməsi çox yaxşı olar: "Bu, qaz bazarında rəqabəti artırar. Biz Türkmənistanın bütün imkanlardan istfiadə etməsini istəyirik.
Buna Aşqabad qərar verə bilər. Ancaq Türkmənistan bir istehlakçıdan asılıdır. Cənub Qaz Dəhlizi Türkmənistan iqtisadiyyatına daha güclü dəstək verə bilər".
Qeyd edək ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən 3,5 km uzunluqda Cənub Qaz Dəhlizi Xəzər şelfindən Avropaya qaz ixracı üçün nəzərdə tutulub. Cənub Qaz Dəhlizinə Cənubi Qafqaz qaz kəməri, TANAP və TAP daxildir. TANAP Azərbaycanın "Şazhdəniz" qaz yatağından Gürcüstan üzərindən Türkiyəyə, 2020-ci ildə istifadəyə veriləcək TAP isə Cənubi Avropa ölkələrinə qaz ixracına imkan verəcək.
Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşulması üçün Xəzər dənizinin təki ilə Azərbaycana qədər qaz kəmərinin çəkilməsi lazımdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranda dollar yenidən kəskin bahalaşdı
17:35 06.10.2026
İqtisadiyyat
Fazil Məmmədov nazir müavini təyin edildi
17:12 06.10.2026
Cəmiyyət
Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı
16:54 06.10.2026
Gündəm
Abşeron və Bakının 5 rayonunda su olmayacaq
16:48 06.10.2026
İnfrastruktur
Kənd yumurtası bahalaşdı - VİDEO
16:37 06.10.2026
Sosial
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
16:17 06.10.2026
Dünya
Bu şəxslərin ailəsinə 20 min manat birdəfəlik müavinət ödəniləcək
16:04 06.10.2026
Sosial
Bayramov ABŞ rəsmisi ilə görüşdü: İrəvanla normallaşma diqqətdə...
15:37 06.10.2026
Gündəm
Milli Məclisin iki komitəsinin birgə iclası keçirilir
15:25 06.10.2026
Aktual
ŞOK OLAY: Süni intellektlə “dirildi”, onu öldürən şəxsi bağışladı
14:58 06.10.2026
Hadisə
Oqtay Gözəlova yüksək vəzifə verildi
14:54 06.10.2026
Sağlamlıq
Azərbaycana məğlubiyyətə görə istefa verdi
14:51 06.10.2026
Futbol
Sərhədi keçən əsgərimizə görə - Ermənistanda istefalar başladı
14:51 06.10.2026
Gündəm