Aç qalan qurd sürüsü kəndə endi, atlara hücum etdi





Dağlarda aç qalan qurd sürüsü Şırnakın Beytüşşebap mahalının Başaran kəndinə enərək atlara hücum edib. Sherg.az türk mediasına istinadən xəbər verir ki, qurdlar Ömər Gökçe adlı vətəndaşın axırındakı atlara hücum çəkib. 

Qurd sürüsünə əlindəki çəliyiklə qovduğunu söyləyən Ömər "Səhərin ilk işıqlarıyla birlikdə kəndin çıxışında olan axırımızdan itlərin hürüşmə səsi gəldi. Gedib baxanda 8 qurd gördüm. Qurdlar mənə də hücum edəcəkdi. Əlimdə silah yox idi, yalnız bir çəlik vardı. Axırın qapısını qıra bilmədilər, atıma hücum etdilər. Mən çəliklə onların üstünə şığıdım, qorxdular dağa doğru qaçdılar. Atımı boğazından yaraladılar. İndi qurdun keşiyini çəkəcəyik. Çünki təkrar gələcəklər" deyib.