Afərin, Demba Ba!!!

Qazandığı pulları özünə xərcləmir



Dindar şəxsiyyətiylə tanınan "Beşiktaş”ın Seneqallı futbolçusu Demba Ba, "qara-ağlılar”dan qazandığı pulun hamısını özünə xərcləmir.

Seneqal mətbuatında yer alan xəbərlərə görə, ulduz forvet, ölkəsindəki bir məscidin bərpası üçün bir hədiyyə ərmağan edib. Demba Banın, Koussanar şəhərindəki məscidin bərpası üçün 23 milyon Afrika Franqı (35 min avro) bir miqdarda köməklik göstərdiyi bildirildi. Bu şəhərin Demba Banın anasının doğulduğu yer olduğu, ona görə 29 yaşındakı oyunçunun bura xüsusi əhəmiyyət verdiyi ifadə edildi. Məscidin "Beşiktaş”lı futbolçu sayəsində tamamilə təmir edildiyi və şəhər sakinlərinin buna görə böyük bir sevinc içində olduqları ifadə edildi.