Afrin şəhidinin mesajı ürək dağladı - FOTO





Afrində şəhid olan Türkiyə ordusunun hərbçisi Muhittin Talha Çalışkan sosial şəbəkədəki paylaşımında "Futbolçu milli komandadan uzaqlaşanda son dəqiqə olur, əsgər vətən üçün ölür, altyazı olur" sözlərini yazmışdı.
Milli.Az Haberler-ə istinadən xəbər verir ki, "Zeytun budağı" əməliyyatı çərçivəsində Afrində bombanın işə düşməsi nəticəsində şəhid olan Muhittin Talha Çalışkanın (22) ailəsinə övladlarının şəhid xəbəri verilib.

Şəhidin cənazəsi sabah dəfn ediləcək.