Ağ ev tarixinin "qara gün"lərini yaşayır
13:00 16.03.2018
Arxiv
3526
"Donald Tramp prezident seçildikdən sonra ABŞ-ın istər regional, istərsə də qlobal olaraq zəiflədiyinin və problemləri həll etmək gücünün olmadığını görürük".
Bu barədə "Sherg.az"a Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti Yadigar Nağıyev bildirib.
Onun sözlərinə görə, bunun əsas səbəbi regional dövlətlərin güclənməsi və ABŞ-ın müdaxiləsinin əngəllənməsidir:
"Məhz bu halda dayanıqlı xarici siyasəti olmayan ABŞ-da daxili çəkişmələrdə sürətlənir. Həmin hallar özünü bu arqumentlərdə göstərir. Birinci amil Trampın kürəkəni üçün məxfi sənədlərə baxmaq yasağının qoyulmasıdır. Bundan başqa ötənlərdə ABŞ-da qalmaqallı hadisə baş verdi. Bu ABŞ prezidentinin kürəkəninin məxfi sənədlərə baxmasının yasaqlanması idi. Əlbəttə burada bəzi gizli məqamlar var.
Xüsusi ilə də ABŞ-Fələstin münasibətlərini misal göstərmək olar. Eyni zamanda Trampın kürəkəni yəhudi əsillidir. Əlbəttə, bu riskin olması, subut edir ki, məhz Trampın kürəkəni bu problemi yarada bilər və İsrail tərəfinin maraqlarını müdafiə edərək bu problemin yaranmasına səbəb ola bilər. Fikrimcə, bunu görüb anlayanTramp Kuşnerdən icazənin almasında maraqlıdır ki, regionda sarsılan nüfuzunu qaytara bilsin.
Reks Tillersonun vəzifədən uzaqlaşdırılması
Reks Tillerson dedikdə, xüsusi ilə də yaxın günlərdə Suriya mövzusunun aparılmasını üstələnən bir xarici işlər nazirini görürük. Ancaq bu şəxs elə xarici işlər naziridir ki, qərarları və tətbiq etməyə çalışdığı politikası nə ABŞ nə də regionda olan dövlətlərə xeyir etmədi. Əksinə,ABŞ-ı regionda zəiflədərək, regional dövlətlərə verilən vədləri ödəyə bilməyən şəxsdir. Əlbəttə burada bütün günah Tillersonda deyil.
Türkiyə ilə danışıqlar qarşısılıqlı razılaşmaların olmasına baxmayaraq verilən vədlərin tutulmaması Trampda Tillerson imicinin zəif olması fikrini canlandırdı və buna cavab olaraq, heç görüş təşkil etmədən twitter hesabından nazirin dəyişdiyini qeyd etməsi çox maraqlıdır. Fikrimcə, bu hal Trampın Tillersona inamı olmadığını sübut etdi. Beləliklə, Tramp yarana biləcək hər hansı qarşıdurmanı da əngəlləmiş oldu.
Tillerson yerinə MKİ -nin rəhbəri Mayk Pompeo keçdi
Keçən gün, twitter hesabından rəsmi açıqlama edərək dövlət katibinin dəyişdiyini qeyd etdikdən sonra yeni dövlət katibinin CİA-nın rəhbəri Mike Pompeo olmasını qeyd edərək, Trump Tillerson və ətrafındakıların yarana biləcək problemi əngəlləmiş oldu.Maraqlı budur ki, Tramp bu vəzifəyə nə üçün MKİ rəhbərini seçdiyinidə tam şəkildə izah etmədi.
Beləliklə, insanlar arasında Trampın artıq gizli yollarla dövləti idarə edəcəyini və arxa fonda bəzi problemlərin gizli şəkildə həllindən və ictimaiyyətdən gizli olacağından çəkinirlər. Çünki vəzifəyə politikaçı yox məhz gizli işlər həyata keçirən şəxs gəlib. Bununla yanaşı Tillersonun razılığa gəldiyi məsələlərə də yenildən baxılmalı olacaq".
Ekspertin fikrincə, belə seçimin olması, ABŞ-ın nüfüzunu bərpa etməsindən və yaranan problemlərin ReksTillersonun bacarıqsızlığı üzündən gəldiyini inandırmağıdır:
"Tramp Türkiyə ilə sarsılan əlaqələrini bərpa etmək istəyir. Çünki, artıq Afrin əməliyyatı sona çatmaqdadır və bundan sonra Türkiyənin yeni hədəfi Membiçdir. ABŞ Afrində etdiyi səhvi təkrarlamaq istəmir və bunun üçün yeni simaları aralarına qataraq, güclü kadrla məsələni öz marağına görə dəyişmək istəyir. Bununla yanaşı Tramp ikinci dəfə seçilmək üçün ABŞ xalqının gözündə yüksək imic yaratmaq istəyir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya