Ağ Evdə yeni istefa: Trampın müşaviri vəzifəsindən getdi



 

Amerika prezidenti Donald Trampın daxili təhlükəsizlik məsələləri üzrə müşaviri Tom Boser tutduğu vəzifədən istefa verib. 

"Sherg.az" "Le figaro.fr"ə istinadən xəbər verir ki, bu barədə  D.Trampın sözçüsü Sara Sander məlumat verib. O qeyd edib ki, D.Trampla T.Boser arasında çox qısa bir söhbət baş tutub. 

D.Tramp keçmiş müşavirinə  ölkənin təhlükəsizliyi istiqamətində göstərdiyi xidmətlərə görə təşəkkürlərini ifadə edib. 

Tərcümə etdi: Ayyət Əhməd